"Sizə ən çox bu təsir etdi?" - Hakimin sualı İmamoğlunu özündən çıxardı
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu saxta diplom ittihamı ilə bağlı bu gün üçüncü dəfə hakim qarşısına çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, məhkəmə iclası gərgin keçib.
İmamoğlu bu günə qədər 12 dəfə məhkəmə heyətinin dəyişdirildiyini bildirərək hakimə “ümid edirəm ki, bu sizin də başınıza gəlməz” deyib:
“Diplomum saxta deyil. Sənədlərin tərtəmiz olduğunu bir-bir sizə isbat etsəm, müstəqil qərar verə biləcəksinizmi? Hər məhkəmədə hakim prokuror dəyişdirməklə ədalət təmin oluna bilməz. Hərbi xidmətimi də ləğv edin. Doğum haqqında şəhadətnaməmi də ləğv edin. Allahdan atamla anam buradadır”.
Hakimin verdiyi “İstanbul Universitetinə keçid üçün müraciətinizdə maddi vəziyyətinizin pis olduğunu yazmısınız. Həmin vaxt kasıb idiniz? sualı İmamoğlunun sərt reaksiyasına səbəb olub:
“Cənab hakim, dosyemdə sizə ən çox bu təsir etdi? Çox şükür, kasıb deyildik, bir az maddi sıxıntılarımız vardı, kaş kasıb olub-olmamağıma diqqət yetirdiyiniz kimi hər məhkəmədə heyətin dəyişdirilməsinə də fikir bildirəydiniz”.
Hakim məhkəmənin 16 fevrala ertələndiyini qeyd edib. İmamoğlu qərara etiraz edib:
“Sizin mühakimə etmək fikriniz, niyyətiniz yoxdur. Hamınıza ayıb olsun!”
Banu