Şokolad qutularındakı şəkillərindən nə qədər qazanıb? - Nazpəri 90-lara qayıtdı + Video

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Mar 14, 2025 - 17:17
Şokolad qutularındakı şəkillərindən nə qədər qazanıb? - Nazpəri 90-lara qayıtdı + Video

SAVASHMEDİA.az xəbər verir ki, sənətçi qonaq olduğu “5 üz” verilişində illər əvvəl üzərində onun fotosu olan şokolad qutularından söz açıb.

Proqramın aparıcısı, aktyor Elşən Orucovun “Əvvəllər sizin şokolad qutuların üzərində fotonuz var idi. Ondan pul qazanırdınız” sualına Dostəliyeva belə cavab verib:

“Xeyr, pul qazanmırdım. Məni bircə sevindirən adımdan, xarici görünüşümdən, simamdan insanlar çörək pulu qazanırlarsa, Allah xeyirini versin. Mən onlara halallıq verirəm. Yalnız şokoladlar yox, jurnallar, təqvimlər var idi. Halal xoşları”.