Belarus Rusiyaya birləşəcək? - Lukaşenkodan cavab

“Rusiya nə vaxt Belarusun və ya Belarus Rusiyanın tərkibinə daxil olacaq? Uşaqlar, bunun yaxın gələcəkdə baş verməsi çətin ki, mümkün olsun”.

Mar 14, 2025 - 16:47
Mar 14, 2025 - 16:55
Belarus Rusiyaya birləşəcək? - Lukaşenkodan cavab

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Federasiya Şurasında çıxış edərkən deyib. 

Onun sözlərinə görə, hər kəs – həm Rusiyada, həm də Belarusda bu məsələyə köhnə üsulla yanaşır. 

“Baxın Belarus və Rusiyanın birliyi, ittifaq dövləti – haradadır? Nə etdilər? Bu, nə vaxt olacaq? Qulaq asın, bəs siz nə istəyirsiniz? Rusiya nə vaxt Belarusun tərkibinə daxil olacaq və ya əksinə, Belarus Rusiyanın tərkibinə daxil olacaq? Uşaqlar, bu, çətin ki, yaxın dövrdə baş versin. Və bu mövzuda bu açıq qapıya soxulsaq, etdiyimiz hər şeyi məhv etmiş olarıq”, - deyə Lukaşenko vurğulayıb.

Xatirə SADİQ