Toyda dostunun kartından pul oğurladı - Nəmər yazdırdı

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub. 

Feb 14, 2026 - 16:34
Toyda dostunun kartından pul oğurladı - Nəmər yazdırdı

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib. 

Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.
 
Araşdırma davam etdirilir. (lent.az)