3 general eyni anda işdən çıxarıldı - FHN-də nə baş verir? + FOTOLAR
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Məlumata görə, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Manset.az yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.
Fotoda Faiq Tağızadə
Fotoda Etibar Mirzəyev
Fotoda Orucəli Hacıyev