"Mən "Nyukasl"la oyuna necə hazırlaşım? Belə olmaz da..." - Qurbanovdan SƏRT SÖZLƏR
Misli Premyer Liqasının XX turunun "İmişli" - “Qarabağ” oyunundan (0:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında maraqlı açıqlamalar verib.
SAVASHMEDİA.az xəbər verir ki, meydançanın acınacaqlı durumundan şikayətlənən Qurbanov sərt ifadələr işlədib.
"Meydanın durumu göz önündədir. Qazon yoxdur. Bu durumu görmürlər? Belə meydanda oynamaq olmaz. Gərək futbolçulara 3-4 gün bərpa verəm. Mən bu oyunla “Nyukasl”la matça necə hazırlaşacağam? Şamaxı ilə Qubada 4-5 oyunun gücünü sərf etdik. AFFA-da bunu görmürlər? Bu cür olmaz da... Oyunçular ikiqat yükləndilər”.
Oğuz