Zelenski Münhendə Orbanı təhqir etdi: "Sən qarnını böyüt" - Putini də unutmadı
Volodimir Zelenski Münxen konfransında Viktor Orbanın qarın böyüdə biləcəyini, Vladimir Putinin isə özünü çar kimi gördüyünü, amma əslində müharibənin köləsi olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, forum iştirakçıları ilə danışan Ukrayna lideri Macarıstanın Baş naziri haqqında sərt fikirlər səsləndirib.
O bildirib ki, Orban Rusiya tanklarının Budapeştə mümkün qayıdışından qorunmaq üçün hərbi potensialını artırmaqdan daha çox fiziki hazırlığı ilə maraqlanmalıdır.
Zelenski Rusiya prezidenti haqqında da eyni dərəcədə sərt fikirlər səsləndirib.
“Putin adi insanlar kimi yaşamır. O, həyatını hakimiyyətsiz təsəvvür edə bilmir. Adi şeylər onu maraqlandırmır”, - Zelenski bildirib.
Ukrayna prezidenti Rusiya liderinin imperiyanın tarixi keçmişindən ilham aldığını vurğulayıb:
“Putin ərazi fəthləri barədə ətrafındakılardan daha çox keçmişdə qalmış çar Pyotr və imperatriça Yekaterina ilə məsləhətləşir”.
Zelenski beynəlxalq ictimaiyyəti Moskvanın uzunmüddətli planlarını qiymətləndirməməkdə ittiham edib:
“Bəs o daha 10 il yaşasa necə? Biz başa düşürük ki, bu, mümkündür. Putin yenidən güclənə bilər”.
Oğuz