Trampa torpaq verməyəcəyik - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın təbii resurslarını ABŞ prezidenti Donald Trampa vermək niyyətində olmadığını bildirib .

Feb 8, 2025 - 00:33
Trampa torpaq verməyəcəyik - Zelenski

SAVASHMEDİA.az-ın məlumatına görə, söhbət yalnız resursların birgə işlənilməsindən gedə bilər. 

“Bu, çox zəngin torpaqlardır. Bu o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşlara verəcəyik. Söhbət yalnız tərəfdaşlıqdan gedir”, - deyə Zelenski bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa ölkənin təbii ehtiyatlarını Kiyev və Vaşinqtonun ümumi strateji marağı adlandırıb .

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “onlara sərmayə qoymaq, birgə inkişaf etdirmək” imkanı əldə edəcək. Sibiqa bu addımı “Ukraynada iri biznesin mövcudluğuna zəmanət elementi” adlandırıb.

Oğuz