TRT şərhçisini bağışlamadı, yayımdan uzaqlaşdırıldı - Komandaları qarışdırmışdı

DÇ-2026-nın G qrupunda keçirilən İran - Yeni Zelandiya (2:2) matçı zamanı TRT-nin şərhçisi Murat Ekrem Çimenin yol verdiyi səhv bağışlanmayıb.

Jun 16, 2026 - 14:45
TRT şərhçisini bağışlamadı, yayımdan uzaqlaşdırıldı - Komandaları qarışdırmışdı

SAVASHMEDİA.az xəbər verir ki, şərhçi təxminən 4 dəqiqə ərzində komandaları qarışdıraraq İranın hücumlarını Yeni Zelandiyaya, Yeni Zelandiyanın hücumlarını isə İrana aid edib. 

Xüsusilə İran millisinin hücumçusu Mehdi Tareminin epizodları zamanı səhv daha qabarıq şəkildə hiss olunub.

Yayımdan sonra TRT tamaşaçılardan rəsmən üzr istəyib və inzibati araşdırma başladıldığını açıqlayıb. Daha sonra Murat Ekrem Çimenin Dünya Çempionatının yayım heyətindən uzaqlaşdırıldığı haqda qərar elan olunub.

Qısa müddətli yayım xətası sosial şəbəkələrdə də geniş müzakirə olunub. 

Oğuz