Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

Türkiyədən beşillik deportasiyasına qərar verilən Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.

Dec 17, 2025 - 18:33
Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. O, ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun beş il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar qəbul edilib.

Oğuz