Xameneinin dəfnində 3 min adam öləcək? - Qəbirlər hazırdır, nə baş verir?

Almaniyanın "WELT" nəşri İranın mərhum Ali Rəhbəri Əli Xameneinin dəfn mərasimində yaşana biləcək mümkün arzuolunmaz hadisə ilə bağlı məlumat yayıb. 

Jul 6, 2026 - 01:35
Xameneinin dəfnində 3 min adam öləcək? - Qəbirlər hazırdır, nə baş verir?

SAVASHMEDİA.az xəbər verir ki, nəşrin iddiasına görə, İran hakimiyyəti milyonlarla insanın qatılacağı gözlənilən mərasim zamanı yarana biləcək izdiham və ekstremal istilər səbəbindən xüsusi hazırlıqlara başlayıb.

Məlumata görə, bununla bağlı İran Qızıl Aypara Cəmiyyəti və ölkənin Böhranların İdarə Edilməsi Təşkilatı İranın birinci vitse-prezident Məhəmməd Rza Arifə gizli məktub göndıərib. İddia olunur ki, sözügedən məktubda dəfn mərasimi zamanı 1500-3000 nəfərin həlak ola biləcəyi ehtimalı önə çəkilib.

Odur ki, bu dəhşətli ssenarinin reallaşacağı variantına hazır olmaq məqsədilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında minlərlə qəbir qazılıb. Həmçinin mümkün qurbanların və itkin düşən şəxslərin qeydiyyatı üçün xüsusi qərargahın yaradıldığı da iddia olunur.

Alman nəşrinə danışan Tehran bələdiyyəsinin əməkdaşlarından biri qəbirlərin həqiqətən hazırlandığını etiraf edib. 

Qeyd edək ki, Əli Xameneinin dəfn mərasimi bir neçə gün davam edəcək. Rəsmi proqrama əsasən, vida mərasimləri Tehranda başlayıb, daha sonra Qum və İraqın Nəcəf və Kərbəla şəhərlərində davam edəcək. Xameneinin iyulun 9-da Məşhəd şəhərində dəfn olunması planlaşdırılır.

Oğuz