"Ya pul, ya qan, sabah gec olacaq" - Tusk Ukraynanı tək qoymamağa çağırdı
Avropa liderləri bu gün Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edə bilməsələr, sabah bunun əvəzini qanla ödəməyə məcbur olacaqlar.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Avropa Şurasının iclasından əvvəl bildirib.
Tusk xəbərdarlıq edib ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərarın qəbul edilməməsi hərbi əməliyyatların şiddətlənməsinə səbəb ola bilər.
Tusk deyib: "İndi bizim sadə bir seçimimiz var: ya bu gün pul, ya da sabah qan. Mən yalnız Ukraynadan danışmıram, Avropadan danışıram. Bu gün hələlik deyə biləcəyim tək şey budur ".
Oğuz