Zaur Mikayılov Şəhərsalma Forumunun bitməsini niyə istəmir? - Cəzalanacaq
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun Ümumdünya Şəhərsalma Forumundan dərhal sonra cəzalandırılacağı və sözügedən qurumda yoxlamaların başlayacağı bildirilir.
SAVASHMEDİA.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, buna səbəb Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk günündə paytaxtın yağış sularına təslim olmasıdır.
İddialara görə, qısamüddətli yağışın yaratdığı subasmalar Dövlət Su Ehtiyatları Agentliyinin nəzərdə tutduğu layihələri lazımi şəkildə həyata keçirmədiyini ortaya çıxarıb.
Agentliyin sədri Zaur Mikayılov və komandasını fəaliyyətsizlikdə ittiham edən mənbə bunun cəzasız qalmayacağını düşünür. Çünki həmin gün Bakıda yaşananlar nüfuzlu beynəlxalq tədbir zamanı ölkəmizin imicinə mənfi zərbə kimi dəyərləndirilir.
Əldə etdiyimiz məlumatda paytaxtın bəzi rayonlarında da yoxlamaların başlayacağı iddia olunur. İcra hakimiyyətlərinin qanunsuz tikintilər və infrastruktur yenilənmələri ilə bağlı yarıtmaz fəaliyyəti nəzərdən keçiriləcək.
Səlcuq