Zelenski Avropaya səsləndi - "Bəhanə axtarmayın"

Mən bütün tərəfdaşlarımızdan xahiş edirəm: daha sanksiyaların tətbiq edilməməsi üçün bəhanə axtarmağı dayandırın.

Sep 13, 2025 - 22:24
Zelenski Avropaya səsləndi - "Bəhanə axtarmayın"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

O, Avropa ölkələrinə müraciət edərək yalnız sanksiyaların Rusiyanın apardığı müharibəyə son qoya biləcəyini vurğulayıb:

"Bu müharibənin sona çatmasını istəyən hər kəs Rusiya müharibə maşınının dayandırılması üçün zəruri olan addımları atmalıdır. Biz ABŞ-dən güclü addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, dünya üçün ciddi arqument olsun".

"Əgər Putin sülh istəmirsə, onu sülhə məcbur etmək lazımdır. Putinin müharibəsi, yalnız o – şəxsən özü – onu davam etdirə bilməyəndə bitəcək", - Zelenski qeyd edib.