Zelenski Putini Kiyevə dəvət etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Moskvada görüş ehtimalını qəti şəkildə istisna edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, dövlət başçısı bu mövzuya münasibət bildirərkən diqqətçəkən açıqlama verib.
Zelenski bildirib ki, hazırkı şəraitdə Moskvaya getmək onun üçün qəbuledilməzdir və belə bir görüş yalnız simvolik xarakter daşıyardı. Onun sözlərinə görə, Putinlə Moskvada görüşmək ideyası elə Putinin Kiyevə gəlməsi qədər real olmayan bir variantdır.
Ukrayna prezidenti əlavə edib ki, əgər Rusiya lideri dialoqda maraqlıdırsa, bunu Kiyevdə edə bilər. Zelenski vurğulayıb ki, bu dəvət açıqdır və təşəbbüs Putinin öz əlindədir.