Zelenskidən Zaporojye AES və ordu ilə bağlı TƏLƏB

“Zaporojye Atom Elektrik Stansiyası (AES) Kiyev və Vaşinqtonun nəzarətinə verilsin”.

Dec 15, 2025 - 01:16
Zelenskidən Zaporojye AES və ordu ilə bağlı TƏLƏB

SAVASHMEDİA.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu tələblə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

Nəşr həmçinin bildirib ki, V. Zelenski Ukrayna Silahlı Qüvvələrinin hazırkı sayının saxlanılmasında israr edir.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti bir müddət əvvəl Qərbin Zaporojye AES-də baş verə biləcək qəzaya görə Rusiyanı məsul tutacağı ilə bağlı xəbərdarlıq edib. Xidmət Qərbin AES-də sabotaj edəcəyindən ehtiyatlandığını bildirib.

Banu