Bələdiyə sədri xərçəngdən vəfat etdi - FOTO
Türkiyədə bələdiyyə sədri Gülşah Durbay vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, gənc qadın kolon (yoğun bağırsaq) xərçəngindən əziyyət çəkib.
G.Durbay dekabrın 1-də Manisa Şəhər Xəstəxanasına yerləşdirilib.
13 gün reanimasiyada qalan bələdiyyə başçısı xərçəngin metastaz verməsi nəticəsində çoxsaylı orqan çatışmazlığı səbəbindən həyatını itirib.
Qeyd edək ki, Gülşah Durbay Manisa şəhərinin Şahzadələr rayonunun bələdiyyə sədri olub.
Banu
Fotoda: Gülşah Durbay