11 yaşlı uşağın sürdüyü pikap 10 rahibi öldürdü - Tailandda
Tailandın şimal-şərqində 11 yaşlı uşağın idarə etdiyi pikap avtomobili dini yürüşdə iştirak edən buddist rahibləri vurub.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mukdahan əyalətində qeydə alınıb.
Məlumata görə, 35 rahib və bir neçə mülki şəxs qonşu əyalətə piyada ziyarətə gedərkən avtomobil qəfil yoldan çıxaraq onların üzərinə gəlib. Hadisə nəticəsində 10 rahib həyatını itirib, ondan çox nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına əsasən, 11 yaşlı uşaq həmin gün məktəbə getməyib və ailəsinə xəbər vermədən pikapı götürərək evdən çıxıb. Təxminən 10 kilometr yol qət etdikdən sonra idarəetməni itirib və məlum hadisə baş verib.
Müşahidə kameralarının görüntülərində rahiblərin yolun kənarı ilə tək sıra ilə hərəkət etdiyi, daha sonra isə avtomobilin yüksək sürətlə onların üzərinə şığıdığı əks olunub. Polis uşağın ifadəsinin psixoloji vəziyyəti stabilləşdikdən sonra alınacağını bildirib.
Aytən