6 yaşlı uşağa işgəncə verən "general-mayor"un oğlu imiş - TUTULDU

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb.

Feb 5, 2026 - 18:04
6 yaşlı uşağa işgəncə verən "general-mayor"un oğlu imiş - TUTULDU

SAVASHMEDİA.az xəbər verir ki, news24.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun azyaşlıya işgəncə verməsi olub.

Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.

Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.