Abbas Əraqçi kəlmeyi-şəhadətini oxudu - "Ölümə hazıram"

İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına verdiyi müsahibədə bütün mümkün ssenarilərə hazırlaşdığını etiraf edib.

Mar 18, 2026 - 11:59
Abbas Əraqçi kəlmeyi-şəhadətini oxudu - "Ölümə hazıram"

SAVASHMEDİA.az xəbər verir ki, o, ölkəsi uğrunda ölümə belə hazır olduğunu deyib:

“Biz tərəddüd etmədən ölkəmiz üçün həyatımızı qurban verməyə hazırıq”.

Müsahibə zamanı jurnalistin “Siz özünüzün hədəfə çevriləcəyinizdən qorxmursunuzmu?” sualına cavab verən Əraqçi qeyd edib ki, son günlər baş verən hadisələr fonunda hər kəs potensial hədəfdir:

“Hər kəs hədəfə çevrilə bilər. Son günlər görürük ki, onlar istənilən obyektə zərbə endirməkdən çəkinmirlər. Odur ki, hər şey mümkündür”.

Oğuz