Ali Koç "sayğılı olun" dedi, Sadettin Saran müjdəni verdi - İLK AÇIQLAMALAR
"Fənərbağça" klubundakı seçkilərin ardından yeni və köhnə prezidentləri Sadettin Saran və Ali Koç tərəfdarların və medianın qarşısında çıxış ediblər.
SAVASHMEDİA.az-ın xəbərinə görə, tribunaya ilk olaraq çıxan Ali Koç yeni prezidenti təbrik edərək indi birlik zamanının olduğunu deyib.
Bu zaman tərəfdarların etiraz səslərinə Ali Koç "heç olmasa, indi sayğılı olun" replikası ilə cavab verib.
Daha sonra çıxış edən 38-ci başqan Sadettin Saran Ali Koçun təcrübəsinin "Fənərbağça" üçün önəmli olduğunu dilə gətirib.
Daha sonra "çempion olana qədər bizim üçün bayram yoxdur" deyən yeni prezident çempionluğa inandığını ifadə edib:
"Çempion olacağımıza inanıram və çempionluq kubokunu Ali Koçla bərabər qaldıracağıq. "Fənərbağça"nın üç başqanı (özü, Ali koç və Aziz Yıldırım - red) kuboku birlikdə qaldıracaq".
Oğuz