Ankarada etirazçılar Ərdoğanın iqamətgahına daxil oldu? - RƏSMİ CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası etirazçıların Prezident İqamətganına daxil olması barədə yayılmış məlumatlara münasibət bildirib.

Mar 24, 2025 - 18:34
Ankarada etirazçılar Ərdoğanın iqamətgahına daxil oldu? - RƏSMİ CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, adminstrasiya Ankarada etirazçıların Türkiyə liderinin iqamətgahına daxil olması ilə bağlı sosial mediada yayılan xəbərləri təkzib edib.

“Nümayişçilərin prezident kompleksinə daxil olması ilə bağlı yayılmış informasiyaların heç bir əsası yoxdur. Ölkəmizin əmin-amanlığına və sabitliyinə yönəlmiş bu cür dezinformasiyalara etbibar etməməyinizi xahiş edirik”, - bəyanatda deyilir.

Oğuz