Ayağını müharibədə itirmiş serjant Trampa hədiyyə göndərib - Zelenski təqdim etdi 

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa Ukrayna Silahlı Qüvvələrinin kiçik serjantı Konstantin Kartavtsevin hədiyyəsini təqdim edib. 

Aug 19, 2025 - 13:04
Ayağını müharibədə itirmiş serjant Trampa hədiyyə göndərib - Zelenski təqdim etdi 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Zelenski əsgər Kartavtsevin Rusiyanın genişmiqyaslı işğalının ilk aylarında hərbçi yoldaşlarını xilas edərkən ayağını itirdiyini söyləyib və onun qolf ağacı hədiyyəsini ABŞ prezidentinə təqdim edib. 

Hədiyyəni qəbul edən Tramp ukraynalı əsgərə minnətdarlıq edib.

ABŞ prezidenti öz növbəsində Zelenskiyə Ağ Evin rəmzi açarını hədiyyə edib.

Bundan başqa Tramp ukraynalı həmkarına və avropalı liderlərə papaqlardan ibarət kolleksiyasını nümayiş etdirib. O, xüsusilə “2028” yazısı olan papağa diqqəti cəlb edib. Bu, Trampın üçüncü dəfə dövlət başçısı ola biləcəyinə işarədir.

Xatirə SADİQ