Azərbaycan BMT-də ABŞ əleyhinə qətnaməyə səs verdi

BMT Baş Assambleyasının iclasında ABŞ-nin Kubaya qarşı iqtisadi blokadasına son qoymağa çağıran qətnaməyə səsvermə keçirilib.

Oct 29, 2025 - 22:25
Azərbaycan BMT-də ABŞ əleyhinə qətnaməyə səs verdi

SAVASHMEDİA.az xəbər verir ki, sənədi 165 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib.

ABŞ, İsrail, Argentina, Macarıstan, Paraqvay, Şimali Makedoniya və Ukrayna isə qətnamənin əleyhinə çıxıblar. 

Kiyev bəyan edib ki, Kuba hakimiyyəti öz vətəndaşlarının Rusiya qüvvələri ilə birlikdə döyüşmək üçün cəlb edilməsinin qarşısını ala bilmir.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Kiyevin Kubadakı səfirliyini bağlamaq və Havana ilə diplomatik münasibətləri azaltmaq qərarına gəldiklərini açıqlayıb.

Aytən İbrahimova