Azərbaycanda ən çox işsiz hansı rayondadır? - Maraqlı STATİSTİKA
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsizlərin sayı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, 2026-cı il yanvarın 1-nə ölkə üzrə 239 800 nəfər işsiz kimi qeydiyyata alınıb.
Qeydiyyatda olan işsizlərin rayonlar üzrə bölgüsü isə belədir:
1. Ağdam rayonu – 6 965 nəfər
2. Bərdə rayonu – 6 919 nəfər
3. Lənkəran rayonu – 6 581 nəfər
4. Şəmkir rayonu – 6 459 nəfər
5. Abşeron rayonu – 5 693 nəfər
6. Göyçay rayonu – 5 306 nəfər
7. Şəki rayonu – 5 135 nəfər
8. Cəlilabad rayonu – 5 101 nəfər
9. Zaqatala rayonu – 4 513 nəfər
10. Tovuz rayonu – 4 199 nəfər
Qeyd edək ki, bu rəqəmlər ümumi işsizlik səviyyəsini deyil, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını göstərir.
Aytən