Bakı-Tbilisi qatarında biletə bunlar da daxildir - Görün nələr var?
"Bakı-Tbilisi-Bakı qatarının hər kupesində şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O qeyd edib ki, sərnişinlərə həmçinin təmiz yataq dəsti və səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri də təqdim olunur.
Oğuz