Bakıda magistral yolla qaçan cins atlar kimindir? - VİDEO
Bakı-Şamaxı magistralında sürücülərin diqqətini çəkən qeyri-adi mənzərə yaşanıb.
SAVASHMEDIA.az xəbər verir ki, Hökməli dairəsi istiqamətində bir neçə cins at yolun kənarı ilə qaçarkən görüntülənib.
Atların avtomobillərin intensiv hərəkət etdiyi magistralda peyda olması sürücülərin marağına səbəb olub. Heyvanların baxımlı və cins atlar olması isə görüntülərə marağı daha da artırıb.
Atların əraziyə necə gəlib çıxmaları məlum deyil. Onların yaxınlıqdakı təsərrüfatlardan birindən qaçdığı ehtimal olunur. Sözügedən atların yaxınlıqdakı villaların birindən qaçdığı da mümkün variantlar arasındadır.
Səlcuq