“Barselona” 19 yaşlı müdafiəçini istəyir - “Real Madrid”lə RƏQABƏT
Avropanın aparıcı klubları xorvatiyalı müdafiəçi Luka Vuşkoviçin transferi ilə maraqlanır.
SAVASHMEDİA.az xəbər verir ki, “Barselona” İngiltərənin “Brayton” klubunda çıxış edən futbolçunu heyətinə qatmaq istəyir.
TEAMtalk nəşrinin məlumatına görə, “Real Madrid”, “Liverpul” və “Bayern” də 19 yaşlı müdafiəçinin çıxışını izləyirlər.
Vuşkoviç bu yay “Tottenhem”dən “Brayton”a keçib. Transferin 46 milyon funt sterlinqə başa gəldiyi bildirilir.
“Brayton”un futbolçunu qışda satmaq istəmədiyi, onun gələcək taleyinin 2027-ci ilin yayında müzakirə oluna biləcəyi qeyd edilir.
Aytən