"Bəhanə istəmirəm, Putini İstanbulda gözləyəcəyəm" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

May 11, 2025 - 23:06
May 11, 2025 - 23:19
"Bəhanə istəmirəm, Putini İstanbulda gözləyəcəyəm" - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Zelenski ABŞ Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.

Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.