“Bu gün Trampla danışacağam” – Zelenski Finlandiyadan elan etdi
Ulkrayna prezidenti Volodimir Zelenski bu gün amerikalı həmkarı Donald Trampla telefonda danışacaq.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə Finlandiya prezidenti Aleksandr Stubbla birgə mətbuat konfransında deyib.
“Bu gün mənim prezident Trampla təmasım olacaq. Bu gün, məncə, növbəti addımların təfərrüatlarını müzakirə edəcəyik. Ciddədə həqiqətən komandalarımızın çox yaxşı görüşü oldu və hesab edirəm ki, nəsə düzgün gedəndə hər zaman narazı olan Rusiya olmasaydı, hər şey düzgün gedəcəkdi”, - deyə Zelenski vurğulayıb.
O, amerikalı həmkarı ilə növbəti addımların təfərrüatlarını müzakirə edəcəyini söyləyib.
“Və düşünürəm ki, Putinlə söhbətinin təfərrüatlarını ondan eşidəcəm”, - deyə Zelenski yekunlaşdırıb.
Ukrayna prezidenti həmçinin Rusiya liderinin Ukraynanın enerji infrastrukturuna zərbə vurmayacağına dair vədini şərh edib.
Zelenski nəzərə çatdırıb ki, Putinin bu barədə ABŞ prezidenti Donald Trampla Putinlə söhbətindən sonra Rusiya Ukraynaya, o cümlədən enerji obyektlərinə zərbələr endirmək üçün 150 dron buraxıb.
“Putinin sözləri reallıqdan çox fərqlənir”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ