Burger manatın əsl dəyərini "ifşa etdi, 31,4% ucuz imiş - Dolların qiyməti dəyişəcək?

Azərbaycan manatının dollar qarşısındakı dəyəri ilə bağlı maraqlı hesablama açıqlanıb.

Aug 20, 2026 - 16:23
Burger manatın əsl dəyərini "ifşa etdi, 31,4% ucuz imiş - Dolların qiyməti dəyişəcək?

SAVASHMEDIA.az xəbər verir ki, “The Economist” jurnalının “Big Mac” indeksinə əsasən, manat ABŞ dollarına qarşı 31,4% dəyərsiz qiymətləndirilib.

Hesablama Azərbaycanda və ABŞ-da eyni burgerin - “Big Mac”in qiymətinin müqayisəsi əsasında aparılıb. Azərbaycanda həmin burger 7,25 manat, ABŞ-da isə 6,22 dollardır.

Hazırda 1 dolların rəsmi məzənnəsi 1,70 manatdır. Burgerin iki ölkədəki qiyməti müqayisə edildikdə isə 1 dollar üçün təxminən 1,17 manatlıq məzənnə alınır.

Sadə dillə desək, bu hesablamaya görə, manatın alıcılıq gücü rəsmi məzənnənin göstərdiyindən daha yüksəkdir. Buna görə də indeksdə manatın dollar qarşısında 31,4% dəyərsiz olduğu göstərilir.

Qeyd edək ki, bu rəqəm manatın yaxın vaxtlarda 31,4% bahalaşacağı və ya dolların eyni qədər ucuzlaşacağı anlamına gəlmir. “Big Mac” indeksi müxtəlif ölkələrdə eyni məhsulun qiymətini müqayisə etməklə valyutaların dəyəri barədə təxmini təsəvvür yaradır.

Məlumat üçün bildirək ki, “Big Mac” indeksi “The Economist” tərəfindən uzun illərdir istifadə olunan göstəricidir. Burada eyni burgerin müxtəlif ölkələrdəki qiyməti müqayisə edilərək həmin ölkələrin valyutalarının dəyəri barədə təxmini hesablamalar aparılır.

Oğuz