Daha bir general vəzifədən azad edildi - FOTO

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Dec 16, 2025 - 14:32
Daha bir general vəzifədən azad edildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, “yeni sabah”ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.

Fotoda Akif Yusifov