Diana Bağıyevanın Pakistan hekayəsində YENİ DÜYÜN - Keçmiş ərdən sonuncu sevgiliyə qədər...
Pakistanda üç nəfərin təcavüzünə məruz qaldığı bildirilən Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni məlumatlar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Pakistan mediasında Diananın ölkədəki keçmişi və əlaqələri ilə bağlı yeni məlumatlar yayılıb.
Pakistanın “Public News” nəşri Diananın keçmiş ərinin adını Əli Əsgər (Ali Asghar) kimi açıqlayıb. Diananın sözlərinə görə, Əli Əsgər ona boşanmaq üçün "talaq" verməyib. O, Faisalabadda “xula” yolu ilə ərindən ayrılıb. “Xula” şəriətdə qadının təşəbbüsü ilə nikahın pozulması formasını ifadə edir.
Pakistan mediasında Diananın Əli Əsgərlə 2025-ci ilin fevralında evləndiyi və nikahın Cəlum rayonunun Sarai Alamgir ərazisində bağlandığı bildirilir.
İş üzrə daha bir diqqətçəkən ad isə Şabir Əhməddir (“Nəqaş”). “ARY News” Diananın Şabir Əhmədlə münasibətdə olduğunu, onun tərəfindən Lahora aparıldığını və bir müddət birlikdə yaşadıqlarını yazıb. Şabir Əhməd hazırda iş üzrə saxlanılan şəxslər arasındadır.
Diananı ilk dəfə Pakistana Zain Buxarinin gətirdiyi və ona 2,5 milyon Pakistan rupisi (təxminən 15,3 min manat) verdiyi bildirilir.
Həmin məlumatda Dianaya görə Zain Buxari ilə onun 25 illik dostu Şabir Əhmədin arasının dəydiyi bildirilir. İddiaya görə, Zain Buxari Diananı ondan ayırmaq istədiyinə görə Şabiri öldürməyə də cəhd edib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Oğuz