Əkrəm İmamoğlunun səhhəti pisləşdi – Təcili xəstəxanaya aparıldı
Silivri həbsxanasında cəza çəkən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun səhhəti pisləşib.
SAVASHMEDİA.az xəbər verir ki, bu gün xəstəxanaya aparılan İmamoğlu şiddətli bel ağrısından şikayət edib.
MRT müayinəsindən keçdikdən sonra yenidən həbsxanaya qaytarılıb. Səhhəti ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, 5 aydır həbsxanada olan Ə.İmamoğlunun ötən ay da səhhəti pisləşmiş və xəstəxanaya aparılmışdı.
Banu