Elgiz onları POLİSƏ VERDİ - "Sizi süründürüm, görün..."
Aparıcı Elgiz Əkbər “Şadlıq olsun” verilişinin YouTube-dakı canlı yayımı zamanı bəzi izləyicilərin yazdığı təhqiramiz şərhlərə sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, aparıcı qeyri-etik ifadələr yazan şəxslərlə bağlı hüquqi addımlar atdığını bildirib.
Elgiz Əkbər bir neçə izləyici barədə artıq polisə müraciət etdiyini də açıqlayıb.
“Hünəriniz var, yazın. Sizi süründürüm, görün. İçərisində yaşlı adamlar da var. Mən bir yana, burada yaşlı insanlar, analar var. Nə ixtiyarınız var belə söyüş yazasınız? Tənqid lazımdır, vacibdir. Amma təhqir başqadır”, – aparıcı bildirib.
Elgiz Əkbər sosial şəbəkələrdə təhqirlərə qarşı polis əməkdaşları ilə birgə mübarizə apardıqlarını da qeyd edib.
Aytən