Elvini dünən transfer etdiyi futbolçunun ayağına verdi - Qurbanov bu qədər kinli imiş?
Elvin Cəfərquliyev “Qarabağ”ın ilin yekunlarına dair keçirilən tədbirinə də çağırılmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tədbirə hətta kluba yeni transfer olunmuş Jali Muaddibi də dəvət edib, lakin Cəfərquliyevi çağırmağa lüzum görməyib.
Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalan 25 yaşlı müdafiəçinin tədbirə dəvət olunmaması sosial şəbəkələrdə narazılıq yaradıb. Azarkeşlər bunu futbolçu ilə klub arasında münasibətlərin tam pozulmasının göstəricisi kimi qiymətləndiriblər.
Xatırladaq ki, bir müddət əvvəl intizamsız davranışına görə əvəzedici komandaya göndərilən Elvinin yayda “Qarabağ”dan ayrılacağı iddia olunub.
Görünən odur ki, Qurban Qurbanov dünənki tədbirlə Elvin ""Qarabağ"da qalacaqmı?" sualına cavab vermiş olub...
Oğuz