Ərdoğan Türkiyə millisinə görə nazirə əsəbiləşdi - “Sürpriz nədir?" + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Atatürkü Anma Gənclik və İdman bayramı münasibətilə gənclərlə görüşüb.

May 20, 2026 - 14:38
Ərdoğan Türkiyə millisinə görə nazirə əsəbiləşdi - “Sürpriz nədir?" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, görüşdə Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak da iştirak edib.

Gənclərdən biri R.T. Ərdoğana “Futbol üzrə milli komandamız 24 ildən sonra Dünya Çempionatına vəsiqə qazanıb. Şansımız nə qədərdir? Nə qədər irəliləyə bilərik? Sizcə, Dünya Kubokunu hansı ölkə qazanacaq?” suallarını verib.

Türkiyə prezidenti nazirə müraciət edərək suala onun cavab verməsini istəyib. Nazir isə bildirib ki, Türkiyə komandası sürpriz edə bilər:

“Çempionatda uğur qazanacağımıza inanıram. Favoritlər arasında İspaniya var, son dünya çempionu Argentina var, Fransa var, amma biz sürpriz edə bilərik”.

Osman Aşkın Bakın cavabı Ərdoğanın xoşuna gəlməyib. O, nazirin sözünü kəsərək ona “Sürpriz edə bilərik demə, biz qazanacağıq de. Qazanmaq! Qazanmaq! Qazanmaq!” deyib. Nazir isə bundan sonra prezidentin sözlərini təkrarlayıb - “Biz qazanacağıq”.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)