Ermənini qucaqlayan Samirə Əfəndi "Quran"dan sitat gətirdi - Həmin ayədə nə yazılıb?
Ermənistan təmsilçisinə 12 bal verdiyi və qucaqladığı üçün tənqid olunan müğənni Samirə Əfəndi dini kitabdan sitat paylaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni Quranın əl-Maidə surəsinin (5-ci surə) 8-ci ayəsini paylaşaraq tənqid edənlərə reaksiya verib:
“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.
Qeyd edək ki, müğənni Samirə Əfəndi Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Ermənistan təmsilçisi Saro Gevorqyana 12 bal verib və onu qucaqlayıb. Məlumata görə, Saro Gevorqyan Ermənistan vətəndaşı olmasına baxmayaraq, hərbi xidmətini 2019-cu ildə işğal altında olan Qarabağda çəkib.
Banu