Ermənistan KTMT-yə yerini göstərir?
“Ermənistan öz iştirakının donunu açmaqdansa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı üstün tutar”.
SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Deyim ki, Ermənistan nəinki iştirakının donunu açacaq, çox güman, KTMT-dən çıxacaq”, - deyə Paşinyan vurğulayıb.
Ermənistan bir il əvvəl KTMT-də iştirakını dondurub. İrəvan öz mövqeyini KTMT-nin Ermənistanın müdafiəsinə “laqeydlik” göstərməsi və Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı Ermənistana münasibətdə öz funksiyalarını yerinə yetirməməsi ilə izah edib. Bundan əlavə, Paşinyanın üzv-ölkələrdən birinin lideri, Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri onun Bakını dəstəkləməsi səbəbindən pisləşib. 2025-ci ilin martında Ermənistan təşkilatı maliyyələşdirməyi dayandırıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin buna cavab olaraq bildirib ki, KTMT “müxtəlif ssenariləri nəzərdən keçirə bilər”, lakin ölkəni “qovmaq” və ya “avtomatik olaraq” öz sıralarından kənarlaşdırmağa getməyəcək.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, İrəvanın KTMT-dən çıxması “Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün Ermənistanı alətə çevirməyə” ümid edən ABŞ və Avropa İttifaqına sərf edər.
Kreml də Ermənistan tərəfi ilə həm təşkilat çərçivəsində, həm də ikitərəfli səviyyədə təmaslara hazır olduğunu bildirib.
Xatirə SADİQ