Erol Kösenin ölümündən sonra məktubu tapıldı - "Pişiyimə yaxşı baxın, məcbur idim..."

İstanbulun Sarıyer bölgəsində yaşadığı binanın 16-cı mərtəbəsindən yıxılaraq həyatını itirən tanınmış prodüser Erol Kösenin evində qeyd tapılıb. 

Mar 23, 2026 - 22:53
Erol Kösenin ölümündən sonra məktubu tapıldı - "Pişiyimə yaxşı baxın, məcbur idim..."

Kösenin öz xətti ilə yazdığı notda: "ALS xəstəliyinə görə məcbur idim, məsuliyyət mənimdir. Pişiyimə yaxşı baxın" deyə qeyd olunub.

SAVASHMEDİA.az xəbər verir ki, Köse ilə eyni evdə yaşayan dostu Mevlüt Y. polislərə bildirib ki, prodüser təxminən 3 aydır evdən çıxmırdı, psixoloji problemləri və ürək xəstəliyi var idi. Hadisə baş verən vaxt Mevlüt Y. binanın lobbisinə düşüb və geri qayıdanda dostunu yerdə uzanmış halda görüb.

İstanbul Respublika Baş Prokurorluğu hadisə ilə bağlı rəsmi istintaq başladıb. Ölümün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq. (milli.az)