Hakimlərin səs yazısı yayıldı, Qurbanov haqsız çıxdı - Penalti deyilmiş + VİDEO
AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan “Kəpəz”-“Qarabağ” oyununda mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayıb.
SAVASHMEDİA.az xəbər verir ki, matçda “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.
Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.
AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.