Hamıdan kömək istəyib, heç kim yaxına gəlməyib - Tuneldə boğulan Elnurun xanımı danışdı + MÜSAHİBƏ
Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə ölən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun ailəsi narazılıq edir.
SAVASHMEDİA.az xəbər verir ki, Elnur Şirinovun həyat yoldaşı mediaya açıqlamasında bildirib ki, ərinin ölməsində günahkar olan şəxslər cəzalandırılmalıdır.
“Yoldaşım çörəyinin dalınca düşmüşdü.Orda olan insanlar onun ölümünü sadəcə olaraq seyr ediblər. Həmin vaxy yoldaşım ətrafdakılardan yardım gözləsə də, heç kim ona kömək etməyib. İki azyaşlı övladımız var. Bundan sonra ailəmizin taleyinin necə olacağı məlum deyil. Aidiyyatı qurumlardan xahiş edirəm ki, yoldaşımın ölümündə səhlənkarlıq edən şəxslər məsuliyyətə cəlb edilsinlər”, - o bildirib.
Ajanst TV-nin həmin müsahibəsini təqdim edirik: