Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldı

Həcc ziyarətinə sənəd qəbulunun vaxtı uzadılıb.

Mar 26, 2026 - 16:04
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“Sənəd qəbulu aprelin ilk ongünlüyündə də davam edəcək. Hazırda kvotanın 8 faizi boşdur, 92 faizi dolub”, - V. Cahangiri bildirib.

Xatırladaq ki, daha əvvəl də Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılmışdı və son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.