Heydərov Kanadada yaşayan adamı FHN-dəki işindən necə çıxarıb? - Röya Musayeva MÜƏMMASI 

Bu gün mətbuatda Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayevanın işdən çıxarıldığı ilə bağlı məlumat yayılıb.

Jan 27, 2026 - 18:52
Jan 27, 2026 - 18:56
Heydərov Kanadada yaşayan adamı FHN-dəki işindən necə çıxarıb? - Röya Musayeva MÜƏMMASI 

SAVASHMEDİA.az xəbər verir ki, məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Əvvəla onu qeyd edək ki, Röya Musayeva iki ilə yaxındır ki, Kanadada yaşayır. 

Bunu Niyaməddin Musayev 2024-cü ilin fevral ayında qatıldığı proqramlardan birində açıqlayıb. O bildirib ki, qızı təxminən bir ay əvvəl (2024-cü ilin yanvar ayı) ailəsi ilə birgə Kanadaya köçüb. 

Vəzifədən azadedilmə xəbəri ilə N.Musayevin açıqlamasını qarşılaşdırdıqda anlaşılır ki, Röya Musayeva vəzifədən son günlərdə və ya yaxın müddətdə azad edilməyib. Çünki nazir Azərbaycanda yaşamayan birini vəzifədən azad edə bilməz və ya ölkəni tərk etmiş biri vəzifədə qala bilməz. Bu faktlar onu deməyə əsas verir ki, Röya Musayeva elə 2024-cü ilin yanvarında və ya ondan da əvvəlki tarixdə işdən çıxarılıb. 

Sadəcə olaraq, son günlər məlum mahnı qalmaqalına görə gündəmə gələn Röya Musayevanın işdən çıxarılması xəbəri də bu gün ictimailəşib.

Oğuz