Kamran Əliyev ədliyyə generalına vəzifə verdi
Tərtər rayonuna yeni prokuror təyin edilib.
SAVASHMEDİA.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.
Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.