Kondisioner evə niyə su axıdır? – Səbəblər

İsti havalarda xilaskarımız olan kondisionerlərlə bağlı ən çox qarşılaşdığımız problemlərdən biri evə su axıtmasıdır.

May 10, 2025 - 15:51
Kondisioner evə niyə su axıdır? – Səbəblər

Bu durum kondisionerin özündə problemin olduğunu bildirməklə yanaşı, evin divarlarına zərər verir və evdə nəmişlik yaradır.

 
Bəs kondisioner evə niyə su axıdır?

SAVASHMEDİA.az bu problemin nədən qaynaqlandığını araşdırıb.

Əvvəla onu bildirək ki, kondisionerin daxili və xarici olmaqla iki bloku (qurğusu) var.

Daxili blokdan su sızması, yəni evə su axması ciddi problemdir. Problemin səbəbləri isə aşağıdakılardır:

•    Kondisionerin qazı azdır

•    Kondisionerin qazı həddindən artıqdır, bu səbəbdən təzyiq artır və suaxıtma baş verir

•    Daxili blokda balanssızlıq var. Bu hal quraşdırılmanın düzgün aparılmadığını göstərir. Yenidən montaj edilməlidir

•    Daxili blokun radiatoru çirklənib

•    Drenaj xortumu (drenaj borusu) tıxanıb. Suyu çölə boşalda bilmədiyi üçün içəri sızdırır

•    Drenaj xortumunda (borusunda) deşik var

•    Daxili blokdakı su qabı tıxanıb və ya deşik var

•    Daxili blokun plastik korpusunda çat var

•    Drenaj xortumunun (borusunun) aşağı meyillənməsində problem var

•    Daxili blokun ventilyatorunda problem var

•    Daxili blokda buz var 

Banu