Maduronun həmin fotoları Sİ ilə düzəldilibmiş - Saxta fotoların 5 əlaməti 

Süni intellektin sürətlə inkişafı ilə real görünən saxta fotoların sayı da artır. 

Jul 5, 2026 - 14:15
Jul 5, 2026 - 14:18
Maduronun həmin fotoları Sİ ilə düzəldilibmiş - Saxta fotoların 5 əlaməti 

SAVASHMEDİA.az xatırladır ki, son günlər Venesuela prezidenti Nikolas Maduronun həbsxanada olduğu iddia edilən görüntülərin yayılması bu mövzunu yenidən gündəmə gətirib. 

Fakt-yoxlama qurumları həmin fotoların əksəriyyətinin AI ilə hazırlandığını açıqlayıb.

Saxta fotoları tanımağın 5 əsas yolunu təqdim edirik:

1. Əllərə və barmaqlara diqqət edin

Süni intellekt hələ də əlləri düzgün yaratmaqda çətinlik çəkir. Əlavə barmaq, qeyri-təbii forma və ya bir-birinə qarışmış barmaqlar saxtalığın ən açıq əlamətlərindəndir.

2. Gözlər və üz simmetriyası

Real fotolarda üz cizgiləri təbii görünür. AI görüntülərində isə gözlərin istiqaməti, qulaqların ölçüsü və ya sifətin simmetriyasında uyğunsuzluqlar ola bilər.

3. Fonu yoxlayın

Yazılar, qapılar, pəncərələr, stullar və digər detallar əyilmiş, bulanıq və ya məntiqsiz görünürsə, şəkil süni intellektlə hazırlanmış ola bilər.

4. İşıq və kölgələrə baxın

İşığın bir tərəfdən gəldiyi halda kölgələrin başqa istiqamətə düşməsi, eyni fotoda müxtəlif işıq mənbələrinin görünməsi manipulyasiya əlamətidir.

5. Mənbəni yoxlayın

Şəkil yalnız sosial şəbəkələrdə paylaşılır, amma etibarlı sayt və agentliklərdə yoxdur? Belə halda görüntüyə ehtiyatla yanaşmaq lazımdır.

Maduronun həbsxanada olduğu iddia edilən bir sıra fotolar da məhz bu əlamətlərə görə saxta hesab edilib. ABŞ federal məhkəmələrində və həbsxanalarında foto çəkilişinə ciddi məhdudiyyətlər tətbiq olunduğundan, həmin görüntülərin həqiqi olması təsdiqlənməyib.

Oğuz