Məşhur musiqiçi faciəvi şəkildə öldü - Foto

Məşhur musiqiçi faciəvi şəkildə ölüb.

May 23, 2025 - 13:39
Məşhur musiqiçi faciəvi şəkildə öldü - Foto

SAVASHMEDİA.az xəbər verir ki, “The Devil Wears Prada” qrupunun nağaraçısı Daniel Uilyams təyyarə qəzasına düşüb.

Ailəsi yaydığı açıqlama ilə 39 yaşlı Uilyamsın öldüyünü təsdiqləyib.

Təyyarədə Uilyamsla birgə 6 sərnişinin olduğu bildirilib. Onlardan üçünün öldüyü dəqiqdir. Digər üçünün isə axtarışları davam etdirilir.

Qurumların yaydığı məlumata görə, qəzaya səbəb qatı duman olub. Qəza nəticəsində 15 evə ziyan dəyib.

Banu 

Fotoda: Daniel Williams