Türkiyədə 60-a yaxın hərbçi saxlanıldı 

Türkiyədə 60-a yaxın hərbçi saxlanılıb.

May 23, 2025 - 13:54
Türkiyədə 60-a yaxın hərbçi saxlanıldı 

SAVASHMEDİA.az xəbər verir ki, onların FETÖ-yə qarşı 36 vilayətdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində saxlanıldıqları bildirilir.

İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Türkiyə SQ-nin tərkibindəki yaradılan gizli FETÖ strukturunun zərərsizləşdirilməsinə başlanılıb.

Həbslər İstanbul, Ankara, Bursa, Ərzurum və digər şəhərlərdə həyata keçirilib.

Oğuz