Milli Məclisdə AXCP və Müsavat "vətən xaini" adlandırıldı
Parlamentdə siyasi partiyaların büdcəsinin artırılması məsələsi müzakirə olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov plenar iclasda 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı danışıb.
“İki partiyanı – AXCP və Müsavat Partiyasını, vətən xaini olan bu partiyaları çıxmaq şərti ilə, yerdə qalan partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstəriblər. O baxımdan, siyasi partiyaların büdcəsinin artırılmasına imkan yaransa, məqsədəmüavfiq olar”, - komitə sədri bildirib.
Aytən